Təlim zamanı ərazinin kəşfi aparılıb - VİDEO+FOTOLAR

   Təlim zamanı ərazinin kəşfi aparılıb -    VİDEO+FOTOLAR
  18 Sentyabr 2019    Oxunub:3036
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qoşun növü və qismlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənildikdən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə müvafiq tapşırıqlar dəqiqləşdirilib.

Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.

Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkib və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.











Azvision.az


Teqlər: MN   Təlim  





Xəbər lenti