Ağstafada mərmi və qumbara tapılıb

Ağstafada mərmi və qumbara tapılıb
  18 Sentyabr 2019    Oxunub:2320
Ağstafa rayonunda top mərmisi və əl qumbarası tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a verilən məlumata görə, sentyabr 18-i saat 12:03-də Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarınabaxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi aşkar olunub. Aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti