Bu il Azərbaycana gələn əcnəbilərin sayı artıb - Statistika
Hesabat dövründə Azərbaycana gələnlərin sayında daha çox artım Türkmənistan (80,4%), Misir (76,7%), Çin (68,5%), Hindistan (68%), Filippin (44,3%), Macarıstan (40,7%), Səudiyyə Ərəbistanı (38,6%), Polşa (32%), İspaniya (29,4%), Böyük Britaniya (27,9%), Cənubi Koreya (25,8%), Yaponiya (24,7%), Gürcüstan (22,8%) və Almaniya (22,5%) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3% artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5% artaraq 788,8 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Azvision.az
Teqlər: Statistika Turist