“Heykəlin hazırlanmasına 40 min manat ayrılıb” - Ömər Eldarov

  04 Sentyabr 2019    Oxunub : 7124
 “Heykəlin hazırlanmasına 40 min manat ayrılıb” - Ömər Eldarov
“Heykəlin üzərində vaxtilə mənim tələbələrim olan müəllimlər işləyiblər. Mən sadəcə yoxlayıb, təkliflərimi demişəm”

Bunu Azvision.az -a açıqlamasında Bakıda Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin müəllifi, tanınmış heykəltaraş Ömər Eldarov deyib. Onun sözlərinə görə, heykəl 3 ay müddətinə hazırlanıb.
“Heykəlin kompozisiyası, necə olması ideyası mənə məxsusdur. Ancaq onun reallaşdırılmasını bizim akdemiyanın Zamiq və Rahib adlı müəllimləri həyata keçiriblər. Mən sadəcə yoxlayıb, təkliflərimi etmişəm. Eskizləri, qalan hər şeyi onlar çəkiblər. 3 ay iş aparılıb”.



Ö.Eldarov heykəlin hazırlanması ilə bağlı sifarişin Nazirlər Kabinetindən gəldiyini qeyd edib.

"Heykəlin hazırlanması üçün 40 min manat pul ayrılıb. Bu məbləğ materialların alınmasına xərclənib. Müəllimlərimiz isə zəhmət haqqı almadan pulsuz işləyiblər”.

Qeyd edək ki, Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə onun adını daşıyan küçədə heykəli ucaldılıb. Hazırda heykəlin quraşdırılma işləri gedir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Heykəl   Milli-Qəhrəman