4 evdən oğurluq edən keçmiş məhkum tutulub

4 evdən oğurluq edən keçmiş məhkum tutulub
  30 Avqust 2019    Oxunub:1254
Daxili işlər orqanlarının əməkdaşları oğurluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonu ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Alkişiyev Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 3 mağazadan pul və mobil telefonlar, habelə bir evin dəhlizindən velosipedi oğurlaması da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti