XİN-dən İsrail dronları ilə bağlı açıqlama: “Bu məlumatı qətiyyətlə rədd edirik”

  30 Avqust 2019    Oxunub : 1772
XİN-dən İsrail dronları ilə bağlı açıqlama: “Bu məlumatı qətiyyətlə rədd edirik”
"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir"
Bunu Azvision.az -a Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

"Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", - deyə XİN rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: XİN   İsrail   Dron