Zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır

  23 Avqust 2019    Oxunub : 565
Zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır
Avqustun 23-də səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.
Azəriqaz” İB-dən Azvision.az -a bildirilib ki, bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Azvision.az

Teqlər: Azəriqaz