“Ermənistanla sərhəddə strateji mövqelər tutulub” - General-mayor

  16 Avqust 2019    Oxunub : 6601
 “Ermənistanla sərhəddə strateji mövqelər tutulub” - General-mayor
Dövlət sərhədlərinin bütövlükdə mühafizə altına götürülməsi böyük amal və missiyadır.
Azvision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onu sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin QazaxAğstafa ərazisindən keçən hissəsində DSX tərəfindən xidmət təşkil olunur. Bunun böyük başlanğıc olduğunu deyən Aparat rəhbəri prosesin davam edəcəyini bildirib.

"Bu, Azərbaycan Ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərardır. Ötən 9 ay ərzində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".



E.İbrahimov qeyd edib ki, bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqelər tutulub: "Ermənistan silahlı qüvvələrinin döyüş postlarına və postlara aparan yollara nəzarət etmək üçün optimal şərait yaranıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərindən hərbi tibbi maşına atəş açılıb və iki hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".

Aytən Zəhra
Azvision.az

Teqlər: DSX   General