Nazir müavini vətəndaşları qəbul edib
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş, onların ədliyyə fəaliyyəti ilə bağlımüraciətlərinə baxılaraq,diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlınazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində nazir müavini həmçinin, yerli, o cümlədən Quba“ASAN” xidmət mərkəzində ədliyyə qurumlarının iş şəraiti ilə tanış olub, onların fəaliyyətləri ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinin müvafiq tapşırıqvə tövsiyələrini çatdıraraq, vətəndaşların qəbulu zamanı ünsiyyətdə nəzakətlilik və məmnunluq prinsiplərinə, müraciətlərəbaxılması haqqında qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasının vacibliyini vurğulayıb.
Azvision.az
Teqlər: Ədliyyə Vətəndaş Qəbul