Müdafiə Nazirliyi: “Bu məlumat yalandır”

  17 İyul 2019    Oxunub : 1145
 Müdafiə Nazirliyi: “Bu məlumat yalandır”
Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yayılan məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi