Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək
Məqsəd işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun ixtisas və peşələrə yiyələnmələrinə, nəticə etibarilə onların əmək bazarına çıxışına dəstək göstərməkdir.
Xatırladaq ki, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən edilən hədəflər sırasında 2019–2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması da yer alıb.
Hazırda Bakı, Göyçay və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir.
Azvision.az