Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbə Bakıda - Fotolar
O da diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Hazırda, təşkilat Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının ilə birlikdə “ProDemos-Xalq üçün” maarifləndirmə layihəsinin həyata keçirməkdədir. Layihənin məqsədi sosial şəbəkələr vasitəsilə vətəndaşların maarifləndirilməsindən və ölkəmizdə aparılan hüquqi islahatlarını sadə və anlaşılan dildə vətəndaşlara çatdırılmasından ibarətdir.
Yay məktəbində xarici tələbələrin Azərbaycan Respublikasının Ali Məhkəməsinə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri təşkil olunub. Eləcə də, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçılar Heydər Əliyev Mərkəzini, Şəhidlər Xiyabanını, Xalça Muzeyini, Qız qalasını ziyarət ediblər.
Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır.Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.
Azvision.az