Milli Məclisdə QDİƏT-in iclası keçirilir

  20 İyun 2019    Oxunub : 838
Milli Məclisdə QDİƏT-in iclası keçirilir
Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası keçirilir.
Azvision.az xəbər verir ki, sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya, ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.

Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, çoxsaylı beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları iştirak edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   QDİƏT