Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü

  20 İyun 2019    Oxunub : 1548
 Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov