Zabrat-Buzovna yolu rənglənir

  18 İyun 2019    Oxunub : 1140
Zabrat-Buzovna yolu rənglənir
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sabunçu rayonu Zabrat-Maştağa-Buzovna avtomobil yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, analoji işlər Nərimanov rayonu Həsən Əliyev küçəsində axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

"Bu üzdən,sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur" - deyə, məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: AAYDA   Yol