“Əziz müəllimim” mahnısına yeni klip çəkildi - Video

  13 İyun 2019    Oxunub : 2651
“Əziz müəllimim” mahnısına yeni klip çəkildi - Video
Sevilən “Əziz müəllimim” mahnısına yeni klip çəkilib. Klip Təhsil Nazirliyi və ASAN Radionun birgə layihəsi olaraq ərsəyə gəlib.
Azvision.az -ın məlumatına görə, mahnının bəstəkarı və ifaçısı Sevinc Ağasıyevadır. Sözləri Məhəbbət İbrahimovaya məxsus “Əziz müəllimim” mahnısı yeni aranjimanda təqdim olunur. Çəkilişlər ASAN Radio və Bakı şəhəri 6 saylı məktəb-liseydə aparılıb. Klipdə müəllim obrazını əməkdar artist Xalidə Quliyeva canlandırıb.



Onun simasında müəllim peşəsinin xüsusiyyətləri – nəciblik, peşəkarlıq, səbirli və diqqətli olmaq, o cümlədən müəllim-şаgird münаsibətlərində ən vacib məqamlar öz əksini tapıb. Klipdə həmçinin tanınmış aparıcı və aktyor Şəhriyar Əbilov, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Türkay Cəfərli, ASAN Radionun aparıcısı Ruslan Zeynal və başqaları rol alıb.



“Əziz müəllimim” klipinin quruluşçu rejissoru Bəhruz Əliyev, quruluşçu operatoru Nadir Mehdiyev, layihənin rəhbəri ASAN Radionun direktoru Emin Musavidir.



Azvision.az

Teqlər: Müəllim   ASAN-Radio