Ramil Usubov Qubada qəbul keçirəcək

  04 İyun 2019    Oxunub : 1017
Ramil Usubov Qubada qəbul keçirəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az

Teqlər: DİN   qəbul