YAP-da ümumrespublika müşavirəsi keçirilib

  18 May 2019    Oxunub : 875
 YAP-da ümumrespublika müşavirəsi keçirilib
Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə iqtisadi inkişafın davam etdiyini deyib. Bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sayəsində kənd təsərrüfatı, sənaye və digər sahələrdə yüksək artım müşahidə olunur. Dövlətimizin başçısının son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin sosial rifahının yüksəlməsinə səbəb olub.

Ə.Əhmədov deyib ki, məcburi köçkünlər dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə bu kimi sosialyönümlü tədbirlər daha da artırılacaq.

Azvision.az

Teqlər: YAP