Aqrar sığorta üzrə dövlətin vəzifələri müəyyənləşdi

  26 Aprel 2019    Oxunub : 922
 Aqrar sığorta üzrə dövlətin vəzifələri müəyyənləşdi
Aqrar sığorta sahəsində dövlətin vəzifələri müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 3-cü (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) maddəsinə əsasən, aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır:

1.Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək
2.Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək
3.Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qanun   Aqrar-Sığorta