Salyandakı qəzada 9 nəfər yaralanıb

  26 Aprel 2019    Oxunub : 1331
Salyandakı qəzada 9 nəfər yaralanıb
Salyan rayonunda ağır yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, rayonun Noxudlu kəndinin ərazisində "QAZel" markalı mikroavtobusla "Mercedes" markalı minik maşını toqquşub. Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan beşi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   Salyan