DTX və DİN Zaqatalada birgə əməliyyat keçirib

  26 Aprel 2019    Oxunub : 1116
DTX və DİN Zaqatalada birgə əməliyyat keçirib
Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   DTX