“Twitter”də aktiv olan dövlət qurumları - SİYAHI

 “Twitter”də aktiv olan dövlət qurumları -    SİYAHI
  25 Aprel 2019    Oxunub:2639
Azərbaycanda "Twitter" mikrobloqundan aktiv istifadə edən dövlət qurumlarının siyahısı məlum olub.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin katibliyinin rəisi Ərəstü Həbibbəyli "Twitter" səhifəsində məlumat paylaşıb.
Onun təqdim etdiyi siyahıda birinci sırada Xarici İşlər Nazirliyi (XİN) yer alıb.



"Twitter"dən ən aktiv istifadə edən digər qurumlar isə Diasporla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyidir.

Azvision.az



Teqlər: Tvitter   Sosial-şəbəkə  





Xəbər lenti