Şri-Lankada ölənlərin sayı 290-a çatdı - Yenilənib

Şri-Lankada ölənlərin sayı 290-a çatdı -  Yenilənib
  22 Aprel 2019    Oxunub:12762
Ötən gün Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

Azvision.az-ın məlumatına görə, bu barədə yerli polis "News 1st" saytına açıqlamasında bildirib.
Qeyd olunub ki, Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 500-ə yaxın insan yaralanıb. Terror aktına görə 24 nəfər saxlanılıb.

***
21.04.2019 - 17:50
Bu gün Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər ki, bu barədə yerli polis məlumat yayıb.

***
Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 500-ə yaxın insan yaralanıb.

Ümumilikdə gün ərzində Şri-Lankada 8 partlayış qeydə alınıb. Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

***
Şri-Lankada gün ərzində sayca 8-ci partlayış qeydə alınıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti hadisə paytaxt Kolomboda baş verib. Dehiveladakı partlayışda 2 nəfərin öldüyü açıqlanıb. Ümumilikdə isə ölənlərin sayı 185-dən çoxdur.

***
Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib.

Azvision.az xəbər verir ki, hadisə Dehivela bölgəsində qeydə alınıb. Bundan əvvəl kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb.

Terror aktında 500-dən çox insanın yaralandığı bildirilir. Ölən və yaralılar arasında əcnəbilər də var.

***
Şri-Lankada baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, kilsə və otellərdə yeni vaxtda törədilən partlayışlar 160 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində 360 nəfər yaralanıb. Onlardan bir çoxunun vəziyyəti ağırdır.

***
Şri-Lankanın paytaxtı Kolomboda üç kilsə və bir oteldə, Neqombo şəhərində isə iki kilsədə partlayışlar törədilib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində azı 52 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.



Azvision.az



Teqlər: Kilsə   Otel   Partlayış  





Xəbər lenti