Neftçilərin şərəfinə salınan park - FOTOREPORTAJ

  18 Aprel 2019    Oxunub : 3507
 Neftçilərin şərəfinə salınan park - FOTOREPORTAJ
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı istifadəyə verilib. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parka baş çəkərək, orada yaradılan şəraitlə tanış olublar.
Məlumat üçün bildirək ki, bu istirahət parkı 1982-ci ildə salınıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. İstirahət məkanında uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, Milli Qəhrəman Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

Azvision.az -ın Neftçilər parkından hazırladığı fotoreportajı təqdim edirik:

















































Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Neftçilər   Park   Bakı