MTRŞ “Space” TV-ni cərimələdi - Ədəbsiz ifadələrə görə

  07 Aprel 2019    Oxunub : 2309
 MTRŞ “Space” TV-ni cərimələdi - Ədəbsiz ifadələrə görə
Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) "Space" telekanalını cərimələyib.

Azvision.az xəbər verir ki, bu barədə MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib.
"Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz ve ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ile bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib", - deyə T.Dadaşov bildirib.

Azvision.az

Teqlər: MTRŞ   Space