Naxçıvanda 3 ayda 35 qanunsuz miqrant saxlanılıb

  06 Aprel 2019    Oxunub : 969
 Naxçıvanda 3 ayda 35 qanunsuz miqrant saxlanılıb
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər 2019-cu ilin birinci rübündə də davam etdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, ötən dövrdə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb.

Həmin əcnəbilər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 1642 müraciətdən 1359-u əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, 178-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 2-si müvəqqəti yaşamaq üçün icazənin yenidən rəsmiləşdirilməsi, 8-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, 95-i isə vətəndaşlıq məsələləri ilə bağlı olub.

Azvision.az

Teqlər: Naxçıvan   Miqrasiya