Azərbaycan və Fransanın birinci xanımları görüşdü - FOTOLAR

  12 Mart 2019    Oxunub : 2773
Azərbaycan və Fransanın birinci xanımları görüşdü - FOTOLAR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirildi.



Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olundu, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulandı.



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.




Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Brijit-Makron