“Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub” - Zurabişvili

  27 Fevral 2019    Oxunub : 1179
 “Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub” - Zurabişvili
"Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm"

Azvision.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.
"Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var. Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik" - deyə Zurabişvili vurğulayıb.

Azvision.az

Teqlər: Gürcüstan   Zurabişvili