Henrik Hololey Şimal bölgəsinə səfər edib

Henrik Hololey Şimal bölgəsinə səfər edib
  20 Fevral 2019    Oxunub:1600
Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarına səfər edib.
Azvision.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə qonaqlar Şimal bölgəsinin turizm potensialı ilə yaxından tanış olub.

“Şahdağ” Turizm Mərkəzində olan nümayəndə heyətinə ölkəmizdə qış turizminin inkişafı ilə bağlı ətraflı məlumat verilib. Azərbaycanın zəngin təbiəti qonaqlarda xoş təəssürat yaradıb.

Azvision.az



Teqlər: Şahdağ  





Xəbər lenti