Əsgərlər arasında intellektual oyun keçirilib - FOTO

Əsgərlər arasında intellektual oyun keçirilib -  FOTO
  19 Fevral 2019    Oxunub:2872
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgərləri arasında “Vətəni tanı” intellektual oyunu keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oyundan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti mayor Fuad Heydərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, intellektual oyunda iştirak edən əsgərlərə uğurlar arzulayıblar.



Sonra iştirakçılar pazl şəklində olan Azərbaycanın xəritəsində müxtəlif rənglərdə göstərilən şəhər və rayonları müvafiq olaraq xəritə üzərində öz yerinə yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamam­layıblar. 20 əsgər arasından xəritəni daha tez tamamlayaraq qalib adını qazanan əsgərlərə Gənclər və İdman Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.









Azvision.az


Teqlər: Vətəni-tanı   Əsgər   Naxçıvan  





Xəbər lenti