“Quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək

“Quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək
  18 Fevral 2019    Oxunub:1394
Ölkə ərazisində yüksək patogenli "quş qripi" xəstəliyi ilə bağlı fevralın 25-dən martın 1-dək növbəti monitorinqlər keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Azvision.az -a verilən məlumata görə, monitorinqlər respublikanın müxtəlif milli park və qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də dəniz sahili ərazilərində reallaşdırılacaq.

Monitorinqlər zamanı ümumi baxış keçiriləcək, təsadüfi qaydada ovlananaraq götürülən quşlar və aşkar edilərsə quş cəsədlərinin patoloji materialları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək.

Azvision.az



Teqlər: AQTA   Quş-Qripi  





Xəbər lenti