Ağdamda əl qumbarası aşkar edilib

Ağdamda əl qumbarası aşkar edilib
  16 Fevral 2019    Oxunub:1950
16 fevral tarixində saat 10:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Ağdam rayonu, Alıbəyli-2 qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Azvision.az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partladıcısı üzərində olmayan RQ-42 əl qumbarası və 1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaraların ətrafında 4,000 kv.məraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti