Gendər bərabərliyi mövzusunda konfrans keçirilib

Gendər bərabərliyi mövzusunda konfrans keçirilib
  11 Fevral 2019    Oxunub:4169
“Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyi tərəfindən cari ilin 10 fevral tarixində ADA Universitetində 150 nəfər tələbənin iştirak ilə “Qadın liderliyinin gücləndirilməsi və şəxsiyyətin sosial inkişafı” mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, WoWoman Platformasının təsisçisi Zara Hüseynova, Bakı Dövlət Universiteti Gender Tədqiqatları Mərkəzinin müəllimi Zümrüd Cəlilova təqdimatla çıxış ediblər.



Tədbirdə qadınların siyasətdə, o cümlədən dövlət idarəetməsi və özəl sektorda iştirakı, gender konsepsiyasına baxış, gender bərabərliyi, rollar və stereotiplər, kənd təsərrüfatının inkişafında qadınların rolu və onlara yaradılan imkanlar barədə məsələlər müzakirə edilib.



“Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, yüksək intellektual səviyyəyə malik fəal gəncləri birləşdirir və onların Azərbaycana və cəmiyyətimizə fayda vermələri üçün imkanlar yaradır.




Azvision.az


Teqlər: Gender  





Xəbər lenti