“Azərbaycan Dəmir Yolları” qatar qalmaqalına aydınlıq gətirdi
“Bununla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən SIA Albuve şirkətinə qarşı bir sıra tələblər irəli sürülüb, həmçinin zəruri sübutlar aidiyyəti məhkəməyə təqdim edilib. Qeyd olunan məsələ ilə əlaqədar internet informasiya ehtiyatları vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-ə ünvanlanmış suallar yuxarıda göstərilən mülki-hüquqi müqavilə üzrə konfidensial xarakterli məlumatlara aid olduğundan, məsələ ilə bağlı müvafiq məlumatlar yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada üçüncü şəxslərə verilə bilər”, - deyə QSC bəyan edib.
Mətbuatda yayılan məlumatlarda isə bildirilir ki, Latviyanın "ALBUVE” ASC şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək həm Bakıda, həm də Latviyada məhkəməyə verib.
Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə "Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq "ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər "Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.
"Azərbaycan Dəmir Yolları” QSC isə borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi "ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərir.
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın "ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Qatar Dəmiryolları