Qobustanda yollar buz bağladı - 4 nəfər xilas edildi

  Qobustanda yollar buz bağladı -   4 nəfər xilas edildi
  03 Fevral 2019    Oxunub:11968
Qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub.

Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıblar. Əməliyyat uğurla başa çatıb.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti