Sürüşmə zonasındakı son vəziyyət - Yaponiyalılar hələ də araşdırır

  30 Yanvar 2019    Oxunub : 1608
 Sürüşmə zonasındakı son vəziyyət - Yaponiyalılar hələ də araşdırır
“Badamdar sürüşmə sahəsində tədqiqat işləri tərtib olunmuş xüsusi qrafikə uyğun davam edir”

Bu barədə Azvision.az -a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
FHN rəsmisi deyib ki, qrafikə əsasən, iyun ayına qədər tədqiqat işləri başa çatdırılmalı və tədbirlər planı həyata keçirilməlidir.

“Sürüşmə sahəsində hazırda vəziyyət stabildir. Son günlər müşahidə edilən yağıntılara baxmayaraq, sürüşmə sahəsində hər hansı artım yoxdur. Tədqiqat işləri aparılır ki, layihə tədbirləri həyata keçirilsin. Bunun üçün müəyyən qədər vaxt lazımdır”.

T.Hüseynlinin sözlərinə görə, ərazidə yaponlı və yerli mütəxəssislər tərəfindən işlər davam etdirilir. Hazırda ərazidə nəzarətdə saxlanılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: FHN