Sədaqət Qəhrəmanova: “Mən 34 yaşında ailə həyatı qurmuşam”
"Boşanan qadın müəyyən təzyiqlərə, zorakılıq hallarına görə kənddə qala bilmir, Bakıya gəlir. Bakıda başqası ilə rastlaşır və qeyri-rəsmi yaşayış nəticəsində dünyaya uşaq gətirir. Onunla münasibət alınmır, ayrılır. Sonra yenə başqası ilə ailə qurur, ondan da uşaq dünyaya gətirir. O xanıma sual verirəm ki, "sən qarşına ərə getmək məqsədi qoymusan, ya o uşaqları böyütmək?" Yəni "ailə qurum, bir kişi mənə arxa dursun" düşüncəsindən uzaqlaşmalıyıq. Qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə gedim".
S.Qəhrəmanova qeyd edib ki, ərə getmək xatirinə ərə gedəndə ailənin davamlılığı, möhkəmliyi olmur. "Düşünərək ailə qurmaq lazımdır, həm də karyera üzərində düşünmək lazımdır. 30 yaşında və ya 35 yaşında ərə getmək problem deyil. Əsas odur ki, möhkəm ailə həyatın olsun. Mən 34 yaşında ailə həyatı qurmuşam və 4 uşağım var. Hər şey də şükür Allaha yaxşıdır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Sədaqət-Qəhrəmanova