“Yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur” - Rəşad Mahmudov

  18 Yanvar 2019    Oxunub : 980
 “Yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur” - Rəşad Mahmudov
“Azərbaycanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanuna 2009-cu ildə Avropa ölkələri daxil olmaqla, 20-yə yaxın ölkənin ekspertləri rəy verib. Beyin ölümü kriteriyası ilə bağlı müzakirə apararaq standartlar tətbiq oluna bilər. Düşünürəm ki, bunun üçün yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur, mexanizmi başlatmaq və tətbiq etmək lazımdır”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. Deputat bildirib ki, hazırki “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklikləri yenidən müzakirə etmək olar.

O, həmçinin ürək-damar xəstəklikləri ilə bağlı narahatlığını ifadə edib: “Bu xəstəliklərlə ölüm halı birinci yerdədir. İcbari tibbi sığortanın fəaliyyətə başlaması ilə bu sahədə ciddi nailiyyətlər əldə edə bilərik”.

Qeyd edək ki, komitə sədri Əhliman Əmiraslanov “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin hazırlandığını bildirib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Rəşad-Mahmudov