Evinin damı uçan qadının halı pisləşdi

  18 Yanvar 2019    Oxunub : 1729
 Evinin damı uçan qadının halı pisləşdi
Güclü küləyin yaratdığı fəsadlarla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlər davam edir.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda Lökbatan qəsəbəsində evin damı uçub.

“Xəsarət alan olmayıb. Hadisənin təsiri nəticəsində bir qadının təzyiqi qalxıb. Ona müvafiq yardım göstərilib, hazırda vəziyyəti yaxşıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Lökbatan