2019-cu ilin ilk Günəş tutulması baş verdi

   2019-cu ilin ilk Günəş tutulması baş verdi
  06 Yanvar 2019    Oxunub:3581
İlin ilk Günəş tutulması hadisəsi baş verib.

Azvision.az -ın məlumata görə, 2019-cu ilin ilk Günəş tutulması yanvarın 6-na təsadüf edib. Təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayıb, 07:49-da başa çatıb.
Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünüb.

Xatırladaq ki, sonuncu Günəş tutulması hadisəsi 2018-ci il avqustun 11-də qeydə alınıb.

Azvision.az



Teqlər: Günəş  





Xəbər lenti