Nazirlik 3 restoranı bağlatdırdı, 43-nün işi məhkəmədədir

 Nazirlik 3 restoranı bağlatdırdı,    43-nün işi məhkəmədədir
  27 Dekabr 2018    Oxunub:1910
"Bu il görülən işlərin nəticəsində 307 restoran və iaşə obyektində müasir qurğular quraşdırılıb"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib. ETSN rəsmisi bildirib ki, müasir qurğular quraşdırmayan iaşə obyektlərindən 43-ü məhkəməyə verilib.

"Üç restoranın fəaliyyəti dayandırılıb. Bütün daş karxanaları və iaşə obyektləri müasir qurğular quraşdırmayana, işlərini səliqə-səhmana salmayana qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yoxlamaları davam etdirəcək".

V.Kərimov, həmçinin qeyd edib ki, 2019-cu ildə Azərbaycanın çirklənmiş ərazilərini əhatə edən xəritə hazırlanacaq: "Sovet dövründən kifayət qədər çirklənmiş ərazilər qalıb. Çirklənmiş əraziləri təmizlədikdən sonra ərazi sıralanacaq. Həmin ərazilər müxtəlif məqsədlərlə istifadə olunacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti