Seysmoloji Mərkəz illik hesabat verib
Baş direktor bu il aparılan elmi və elmi-istehsalat işlərinin nəticəsi barədə illik hesabat verib. Onun sözlərinə görə, mərkəzin əməkdaşları il ərzində 11 beynəlxalq konfransda iştirak edib və onların 25 elmi məqaləsi dərc olunub. Mərkəzin iki əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib. RSXM-nin əməkdaşları 12 qrant layihəsində də iştirak ediblər.
Q.Yetirmişli, həmçinin şöbələr üzrə il ərzində aparılmış elmi tədqiqatlar və görülmüş işlərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb. Sonra bölmə üzvlərinin sualları cavablandırılıb.
Daha sonra akademiklər İbrahim Quliyev, Hətəm Quliyev və Əkbər Feyzullayev çıxış edərək mərkəzin ölkəmizdə seysmologiyanın inkişafına verdiyi töhfələrdən danışıblar.
Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.
Azvision.az
Teqlər: