Bakıda beynəlxalq konfrans keçiriləcək
İclasda çıxış edən Ə.Abdullayev Prezident İlham Əliyevin sərəncamına əsasən, konfransın keçirilməsilə əlaqədar təşkilat komitəsinin yaradıldığını və Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlandığını bildirib. Qeyd edilib ki, iclasın məqsədi də tədbirlər planında nəzərdə tutulan məsələlərin müzakirə edilməsidir.
ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varen konfransın əhəmiyyətindən bəhs edib və bu iclası tədbirin yüksək səviyyədə təşkil edilməsi istiqamətində uğurlu addım kimi qiymətləndirib.
Daha sonra tədbirdə konfransın loqosunun hazırlanması, iştirakçı ölkələrin və nümayəndələrin siyahısının tərtib edilməsi, müzakirə olunacaq mövzular və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Azvision.az