Prezident 2 nəfərə general rütbəsi verdi

   Prezident 2 nəfərə general rütbəsi verdi
  14 Dekabr 2018    Oxunub:6479
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.

Azvision.az


Teqlər: FHN   Ali-rütbə  





Xəbər lenti