Ölkəmizdə dopler radar müşahidə sistemi tətbiq olunacaq

 Ölkəmizdə dopler radar müşahidə sistemi tətbiq olunacaq
  14 Dekabr 2018    Oxunub:2279
"2019-cu ildə Azərbaycanda hava proqnozlarını dəqiq olmasını müəyyən edəcək dopler radar müşahidə sistemi tətbiq olunacaq"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Nazirlik rəsmisi bildirib ki, dopler radar müşahidə sistemindən dünyada geniş istifadə olunur:" Bu sistem qısa müddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hanısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi bu dəqiqliyi demək çətin idi. Çünki bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Sistemin ölkəyə gətirilməsi gələn ilə proqnazlaşdırılır".

U.Tağıyeva qeyd edib ki, dopler radar müşahidə sistemi kifayət qədər vəsait tələb edir:" Bu sitemin əhatə radiusı 200 kilometri əhatə edir. Azı üç radarın Azərbaycanda fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfindən sistemin yeri müəyyən ediləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam edəcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti