“Qadınlara qarşı zorakılıq utanc mənbəyidir” - BMT rəsmisi

“Qadınlara qarşı zorakılıq utanc mənbəyidir” -  BMT rəsmisi
  26 Noyabr 2018    Oxunub:1992
"Qadınlara qarşı zorakılıq hər bir cəmiyyətin utanc mənbəyidir. Qadınlara və qızlara qarşı zorakılıq kişilərin onları cəmiyyətdə bərabər hüquqa malik olmasını tanıya bilməməsi ilə əlaqədardır"
Azvision.az xəbər verir ki, bunu BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, statistikaya əsasən, Azərbaycanda qadınlar təhsil, səhiyyə və sosial müdafiə sektorlarında çoxluq təşkil edir.

"Lakin onların hal-hazırda azlıq təşkil etdiyi sahələr daxil olmaqla rəhbər vəzifələrdə çalışmaları üçün səlahiyyətləndirmə prosesini intensivləşdirmək vacibdir. Cəmiyyətlərdə qadınları ənənəvi peşələrə sürükləyirlər. Çünki onların işi elə olmalıdır ki, işdən sonra evə, ailəyə vaxt ayırsın. Məsələn, qadın elmi dairələrdə yüksəldikcə, onun elmi dərəcəsi artdıqca qınaq hissi ilə yanaşılır və ailəsinə vaxt ayırmadığı deyilir. Bu qısqanclıq hissindən yaranır".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti