Şura sədri Ankaraya gedir

Şura sədri Ankaraya gedir
  08 Noyabr 2018    Oxunub:2091
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabr 2018-ci il tarixlərində Türkiyənin Ankara şəhərində səfərdə olacaq.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisi, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Türkiyə Dərnəklər Dairəsi, Vəqflər Baş İdarəsi, Xaricdə yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığında görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, nümayəndə heyətinə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədli daxildir.

Azvision.az



Teqlər: Azay-Quliyev   Ankara  





Xəbər lenti