7 evdən 20 minlik qızıl aparan şəxs tutuldu

7 evdən 20 minlik qızıl aparan şəxs tutuldu
  18 Oktyabr 2018    Oxunub:2537
Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision -a verilən məlumata görə, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib.

Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib. Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision


Teqlər: DİN   Qızıl   Oğurluq  





Xəbər lenti