Nazirlər Kabinetinə müraciət - Cərimələr 5 dəfə artırılır

  11 Oktyabr 2018    Oxunub : 1713
Nazirlər Kabinetinə müraciət - Cərimələr 5 dəfə artırılır
Yaşıllıqların məhv edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələrin 5 dəfə artırılması barədə Nazirlər Kabinetinə müraciət edilib.
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.

Nazir müavininin sözlərinə görə, yaxın günlərdə qərar barədə mətbuata məlumat veriləcək.

"Son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarmadası və magistral yollarının kənarında 5.4 milyon ağac əkilib. Bu proses davam edəcək. Bakı- Qazax, Ələt-AstaraBakı-Qusar istiqamətində işlər həyata keçiriləcək", - deyə F.Əliyev qeyd edib.

Aytən Zəhra
AzVision.az

Teqlər: ETSN   Cərimə