Stokholmda Azərbaycan tədris kursları açılıb
SAF kurslarında Azərbaycan dili ilə yanaşı, İsveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır.
SAF-ın da daxil olduğu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevgin isə xaricdəki soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin qorunması üçün belə kursların əhəmiyyətini vurğulayaraq, valideynləri bu məsələdə daha fəal olmağa çağırıb. Bu kursların, həmçinin İsveçdəki azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydası da vurğulanıb.
Kursa gələn uşaqların ailələri ilə birgə İsveçin görməli yerlərinə və Azərbaycana səfərlərinin təşkili planlaşdırılır.
AzVision.az
Teqlər: Stokholm Azərbaycan